GündəmManşetSiyasət

İlham Əliyevin Böyük Britaniyanın Silahlı Qüvvələr naziri ilə görüşü

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Böyük Britaniyanın silahlı qüvvələr naziri, parlament üzvü Ceyms Hippini qəbul edib.

Görüşdə bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla vurğulanıb və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə post-münaqişə dövründə gedən proseslər barədə danışıb. Xəbəri prezidentin mətbuat xidməti yayıb.

Elə bu gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov Britaniyalı naziri qəbul edib. Digər məsələlərlə yanaşı, hərbi sahədə əməkdaşlıq məsələlərinə də toxunulub.

Bənzər yazılar

Back to top button