Cəmiyyət

“WhatsApp” istifadəçilərinin nəzərinə: Bu gündən bu telefonlarda işləməyəcək

Bəzi əməliyyat sistemlərindən istifadə edən telefon və planşet kimi cihazlarda martın 31-dən etibarən “WhatsApp” tətbiqindən istifadə etmək mümkün olmayacaq.

Musavat.com xəbər verir ki, buna səbəb “WhatsApp” proqramının tez-tez yenilənməsi, tətbiqə yeni funksiyalar əlavə olunması və bəzi köhnə telefonların, köhnə əməliyyat sistemlərinin yeni funksiyaları dəstəkləməməsidir.

“WhatsApp”ın son açıqlamasına görə, martın 31-dən etibarən WhatsApp bəzi Android, iOS və KaiOS versiyalarından istifadə edən telefonlarda mövcud olmayacaq.

“WhatsApp”ı dəstəkləməyəcək cihazları təqdim edirik:

LG – LG Optimus F7, Optimus L3 II Dual, Optimus F5, Optimus L5 II, Optimus L5 II Dual, Optimus L3 II, Optimus L7 II Dual, Optimus L7 II, Optimus Prime F6, LG Enact, Optimus L4 II Dual, Optimus Prime F3, Optimus L4 II , Optimus L2 II və Optimus F3Q.

Motorola – Motorola Droid Razr.

Xiaomi – Xiaomi HongMi, Mi2a, Mi2s, Redmi Note 4G və HongMi 1s.

Huawei – Huawei Ascend D, Quad XL, Ascend D1, Quad XL və Ascend P1 S.

Samsung – Samsung Galaxy Trend Lite, Galaxy S3 mini, Galaxy Xcover 2 və Galaxy Core.

Bənzər yazılar

Back to top button