HadisəManşet

Son 2 ayda 4 sərhədçimiz şəhid edilib

Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Xarici İşlər Nazirliyi insidentlə bağlı açıqlama verərək hərbçimizin düşmən atəşi nəticəsində şəhid edildiyini açıqlayıb.

AzToday.az modern.az-a istinadən xəbər verir ki, bu ölüm 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində qeydə alınan sayca 4-cü əsgər ölümüdür. Belə ki, Azərbaycan-Erməniastan sərhədinin Qazax istiqamətində xidmət edən Dövlət Sərhəd Xidməti düşmən təxribatı zamanı bundan öncə də itkilər verib.2020-ci ilin yanvarından bəri Azərbaycan-Ermənistan sərhədində qeydə alınan insidentləri təqdim edir.

İlin ilk itkisi yanvarın 7-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində qeydə alınıb. Dövlət Sərhəd Xidməti Ermənistan tərəfdən açılan snayper atəşi nəticəsində sərhədçi əsgər Fərzəli Fərzəliyevin şəhid olduğunu açıqlamışdı.

Fevralın 24-ü saat 07:00 radələrində isə düşmən ordusu Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdi etmişdi. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iri çaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozması nəticəsində Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bənzər yazılar

Back to top button