ManşetSiyasət

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi

Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.

12:48

“Gələn il Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa ola bilər”.

“Report”un Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov təşkilatın Daimi Şurasının növbədənkənar iclasında deyib.

“İclasın gündəliyindəki mühüm məsələlərdən biri Türk Dünyası Mədəniyyət Paytaxtının gələn il üçün seçilməsidir. Bu baxımdan böyük rəmzi mənaya malik Şuşa şəhərinin namizədliyi mədəniyyət naziri Anar Kərimov tərəfindən müdafiə olunacaq. Ümidvaram ki, bu namizədliyi qalan iştirakçılar da dəstəkləyəcək”, – o bildirib.

Bənzər yazılar

Back to top button