Hadisə

Naxçıvanda məktəb çökdü: 3 nəfər öldü, 1 nəfər xəsarət aldı (RƏSMİ)

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyindən Qaynarinfo-ya verilən xəbərə görə, 2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 nəfər tikinti işçisi həlak olub, 1 nəfər xəsarət alıb.

Aidiyyatı qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır.

Bənzər yazılar

Back to top button