GündəmManşetSiyasət

Putin Əliyev və Paşinyanla telefonla danışıb

Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat bildirib.

Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həllinə diqqət yetirilib. “9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl yerinə yetirilməsinin vacibliyi təsdiqlənib. Gələcək təmaslar barədə razılığa gəlinib”,- Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, Rusiya prezidenti Əliyev və Paşinyanla aprelin 6-da Brüsseldə keçiriləcək görüş ərəfəsində danışıb. Görüş Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq.

Bənzər yazılar

Back to top button