İdman

İran millisi DÇ-dən məhrum ola bilər. Onu kim əvəz edəcək?

İran millisi DÇ-2022-yə vəsiqələrdən məhrum edilərək İtaliyaya verilə bilər.

Fanat.az xəbər verir ki, belə bir iddia ilə “Sport Mediaset” çıxış edib.

Komanda Qətərdəki turnirdə iştirak hüququndan məhrum olarsa, İtaliya millisi 2022-ci il dünya çempionatında İran millisini əvəzləyə bilər.

İran hakimiyyəti martın 29-da DÇ-2022-nin seçmə mərhələsində Livanla oyunda (2:0) bilet almasına baxmayaraq, 2000 qadının stadiona daxil olmasına mane olub. FİFA İrana qadınların oyunlara gəlməsinə qadağa qoyulması ilə bağlı xəbərdarlıq edib. Hazırda “fars bəbirləri” İtaliyanın xeyrinə dünya çempionatına vəsiqəsindən məhrum edilə bilər.

Bənzər yazılar

Back to top button