Hadisə

Ukraynaya keçən azərbaycanlıların olduğu avtobus partladılıb? – XİN-dən açıqlama

Rusiyadan Ukrayana keçmək istəyən azərbaycanlıların avtobusunun partladıldığı iddia edilib.

Bu barədə hüquqşünas Aqil Layıc sosial şəbəkə hesabında paylaşım edib.

“Rusiya quldurları Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobusu partladıb. Xeyli sayda ölənlər var. Daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb. Hamısı da dolanışıq üçün rus torpaqlarına gedənlərdir. Ölkədən dolanışıq üçün qaçasan və axırda da belə faciə ilə üzləşəsən”, – paylaşımda bildirilib.

A.Layıc qeyd edib ki, azərbaycanlılar Rusiyada həyata keçirilən qismən səfərbərlikdən yayınmaq üçün Ukraynaya keçmək istəyiblər.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ölən 4 nəfər Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan azərbaycanlılardır.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayeva Yeniavaz.com-a bildirdi ki, bu məlumat hələ ki öz təsdiqini tapmayıb.

Bənzər yazılar

Back to top button