Cəmiyyət

ABŞ səfiri Astara və Lənkəranda USAID-in kompüter laboratoriyalarını açıb

Martın 31-də və aprelin 1-də ABŞ səfir Litzenberger Astara və Lənkərana səfər edib, yerli təhsil müəssisələrində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi iki kompüter sinfinin açılışında iştirak edib. ABŞ səfirliyinin press-relizində deyilir ki, siniflərdə Astara Pedaqoji Kollecində 21 və Lənkəran Dövlət Universitetində 17 yeni kompüter tələbələrin istifadəsinə verilib.

Litzenberger Astara Pedaqoji Kollecində və Lənkəran Universitetində bu ali məktəblərin rəhbərliyi və tələbələrilə söhbət edib.

“Biz azərbaycanlı gənclərin uğur qazanması üçün əlimizdən gələni etmək istəyirik. Ona görə də ABŞ hökuməti azərbaycanlı gənclərə investisiya yatırır”, – o deyib.

Gənclərin və qadınların iqtisadi dayanıqlığının artırılmasına yönəlmiş 1 milyon ABŞ dolları məbləğində üçillik layihə çərçivəsində Azərbaycanın təhsil müəssisələrində USAID-in beş kompüter laboratoriyası yaradılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button