İdman

“Mançester Siti”nin sabiq futbolçusuna ağır cəza

“Mançester Siti”nin sabiq futbolçusu Dikson Etuhu cəzalandırılıb.

Qol.az Britaniya mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi oyun alqı-satqısında iştirak etməkdə ittiham olunur.

Etuhunun AİK-də çıxış edərkən “Göteborq”la matçdan əvvəl rəqib komandanın qapıçısına oyunu satması üçün 160 min funt təklif etdiyi iddia olunurdu. Qolkiperin bununla bağlı dərhal polisə məlumat verdiyi və məhz bu səbəbdən oyunun baş tutmadığı bildirilmişdi.

Məsələ ilə bağlı araşdırmalarını davam etdirən İsveç Futbol Federasiyası Etuhunun danışılmış oyunlarda iştirak etdiyini təsdiqləyib. Federasiya 37 yaşlı keçmiş futbolçunu 5 illik futbol yarışlarından diskvalifikasiya edib.

Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Etuhu, karyerası ərzində “Preston”, “Norviç”, “Fulhem”, “Sanderlend”, AİK kimi klublarda çıxış edib. O, 2017-ci ildə karyerasını bitirib.

Bənzər yazılar

Back to top button