İdman

İranlı Halk Martin Forda görə valideynlərinin ondan imtina etdiyini etiraf edib

Aprel ayının sonlarına planlaşdırılan iranlı Halk ləqəbi ilə tanınmış Secad Qəribi rəqibi, MMA tarixində “dünyanın ən qorxunc adamı” kimi tanınan, ingilis idmançısı Martin Fordla bu yaxınlarda aralarında baş vermiş biabırçı insidentdən sonra valideynlərinin ondan imtina etdiyini etiraf edib.

Muscleandfitness.az xəbər verir ki, Secad Qəribinin sözlərinə görə, rəqibi Martin Fordla Dubayda üz-üzə gələrkən ona öz gücünü göstərmək istəyib. Lakin onun hərəkətləri uğursuz alınıb və o yerə yıxılaraq gülünc bir vəziyyətə düşüb. Bundan sonra sosial şəbəkələrdə sürətlə yayılan video görüntülər Secad Qəribinin valideyinlərinə pis təsir edib. Məhz buna görə də valideyinləri idmançıdan üz döndərib.

“Hazırda mən ailəmə zəng edə bilmirəm. İrana qayıdanda onlarla görüşə belə gedə bilmədim. Atamla danışmaq istəsəm də o məni qəbul etmədi. Anam isə telefonda mənə dedi ki, o videoda gördüyü oğlan onun oğlu deyil. Onun oğlu ondan qat-qat üstündür. Buna ğərə çox məyus olmuşam. Qürurumu itirmişəm. Ürəyim çox ağrıyır. Məni aldatdılar və mən yerə yıxıldım. Ailəm məndən ora gedib Martin Fordu necə bitirəcəyimi gözləyirdilər. Amma bunun tamam əksini gördülər. Bilmirəm bunu necə izah edim”- deyə Secad Qəribi www.bloodyelbow.com saytına açıqlamasında deyib.

Qeyd edək ki, Secad Qəribi ötən ilin sonlarında Martın Fordu döyüşə çağırıb. İki metr boya, 143 kiloqram çəkiyə malik olan ingilis idmançısı bu təklifi qəbul edib. İngilis mətbuatı isə baş tutacaq bu döyüşü nəhənglərin döyüşü adlandırıb. Bununla yanaşı xarici mətbuat hesab edir ki, nəhənglərin döyüşü dünyanın ən gəlirli idman şoularından biri olacaq.

Secad Qaribi bu günə qədər boks və MMA döyüşlərində iştirak etməyib. Eyni zamanda ağır atletika, pauerliftinq və bodibildinqdə də elə də böyük uğurları olmayıb. Amma onun xarici görünüşü dəhşətlidir. Qaribinin boyu 186 sm, çəkisi isə 170 kq-dır. Onun bədəni iri əzələlərdən ibarətdir.

 

Bənzər yazılar

Back to top button