Dünya

“Rusiya bu bölgələrdə sakinləri gizli səfərbərliyə cəlb edir”

Rusiya Federasiyası gizli səfərbərliyə başlayıb və Ukraynaya qarşı müharibəyə 60 minə yaxın insanı cəlb etmək niyyətindədir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 4-də səhər yaydığı məlumatda deyilir.

Baş Qərargahın məlumatına görə, Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi hərbi hissələrin müharibə dövrü tələblərinə uyğunlaşdırılması üçün ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb:

“Artıq döyüş təcrübəsi olanlara üstünlük verilir. Eyni zamanda sıravi əsgərlər, çavuşlar və zabitlər səfərbər olunur. Düşmən bölmələri onilliklər ərzində istifadə olunmayan köhnəlmiş texnika ilə təchiz etməyi planlaşdırır”.
Qeyd olunur ki, Rusiya Federasiyası bu bölgələrdə sakinləri gizli şəkildə səfərbərliyə cəlb edir:

Krasnodar diyarı, Perm diyarı, Dağıstan, İnquşetiya, Kalmıkiya respublikaları.

İddia edilir ki, Rusiya komandanlığı səfərbərlik zamanı təxminən 60 min nəfəri cəlb etmək istəyir.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası bildirib ki, Rusiya uzun müddət davam edəcək müharibəyə hazırlaşır və Kiyevlə Çerniqovdan qoşunların çıxarılması yenidən yerləşdirmədən başqa bir şey deyil.

Bənzər yazılar

Back to top button