Siyasət

Qarabağda 400 min hektardan çox ərazi minalardan təmizləndi

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 440 hektardan çox ərazidə 22 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 446,4 hektardan çox ərazi, 165 kilometr yol, 618 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 22 542 partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib”, – deyə nazirliyin məlumatında bildirilir.

Qafqazinfo.az

Bənzər yazılar

Back to top button