İqtisadiyyat

İllik ödənişi 11 min olan Dünya Məktəbinin külli miqdarda vergi borcu üzə çıxdı – FOTOFAKT

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbinin dövlətə külli miqdarda vergi borcu yaranıb.

AzToday.az 32gun.az-a istinadən xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 66min 389 AZN (66389.43 AZN) təşkil edir.

Bildirək ki, sözügedən məktəb 07.02.2011 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Nazpəri Bayramova Zəhman qızıdır.

Qeyd edəki, Xəzər Universitetinin “Dünya məktəbi”ndə Azərbaycan, Rus bölmələri üçün ödənişlər 1-9-cu siniflər- 7500 AZN, 8-ci sinif- 8000, 9-11-ci siniflər- 8500 AZN , İngilis dili bölməsi üçün 1-4-cü siniflər- 9500 AZN, 5-9-cu siniflər- 11 000 AZN təşkil edir.

Bənzər yazılar

Back to top button