İdman

Hazard 32 yaşında karyerasını bitirir

Bu yay “Real”ın yollarını ayırdığı Eden Hazard 32 yaşında karyerasını bitirir.

Qol.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Məlumata görə, belçikalı yarımmüdafiəçi bir neçə klubla danışıq aparsa da, karyerasını başa vurmağı qərara alıb. Onun Səudiyyə Ərəbistanı, ABŞ klubları, “Marsel” və “Nitsa”da oynamaq variantı olub. Ancaq futbolçu və ailəsi İspaniyada özlərini rahat hiss edir və Madriddə qalmaq istəyirlər ki, bu da belçikalının böyük ehtimalla karyerasını bitirməsi ilə nəticələnəcək.

Qeyd edək ki, Belçika millisinin sabiq üzvü “Real”dan əvvəl “Lill” və “Çelsi”də də çıxış edib. 2019-cu ildə “Real”da keçən Hazard xroniki zədə səbəbindən 4 il ərzində cəmi 54 oyunda meydana çıxıb.

Bənzər yazılar

Back to top button