Hadisə

Vüsal Kərimlini uzaqlaşdırılması prosesi başlanıb: BNA-DA QARA BULUDLAR…

Bakı Nəqliyyat Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsindən sonra qurumun səlahiyyətlərinə nəzarət meriyaya keçib.

Tia.az-ın əldə etdiyi məlumata görə, bu da BŞİH rəhbəri Eldar Əzizovun BNA-ya tam nəzarət etmək üçün son vaxtlar təsirlərini artırması ilə başlayıb. E. Əzizov tabeliyində olan qurumda verilən qərarları, atılan addımları onunla razılaşdırılmasını istəyir. Hazırda bu istiqamətdə siyasət aparan şəhər başçısı BNA sədri Vüsal Kərimlini de-fakto kənarlaşdırmağa çalışır. Məlumata görə E. Əzizov V. Kərimlinin uğurlu olmadığı, bacarıqsızlığı haqda rəy formalaşdırır və ölkə rəhbərliyinə təqdimatda da bu fikir gücləndirilir. Onsuz da BNA sədri özünü doğrulda bilməyib, V. Kərimlinin prezidentin gözündən düşdüyü bildirilir. Elə bunun nəticəsidir ki, əvvəlcə dayanma-durmaya nəzarət bu quruma etibar edilsə də, belə böyük səlahiyyətin öhdəsindən gələ bilmədikləri üçün təzədən həm də DYP-yə tapşırıldı, ardınca BNA yarıtmaz fəaliyyət göstərdiyi üçün meriyanın tabeliyinə verildi. Bütün bunlar qurumun adına yazılan mənfilər idi və indi Eldar Əzizov üçün yeni fürsət yaranıb ki, Vüsal Kərimovu uzaqlaşdırsın.

Bənzər yazılar

Back to top button