GündəmHadisə

İranda saxlanılan azərbaycanlı tələbəyə iki il həbs verilib

Bu ilin fevralında İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib.

“Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb və Fərid artıq qərarı məktub şəklində alib. Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”, – anası bildirib.

Xatırladaq ki, Almaniyada təhsil alan Fərid onun kimi Almaniyada təhsil alan sevdiyi qızla görüşmək üçün İrana gəlib. İran hakimiyyəti onu casusluqda ittiham edərək həbs edib.

“Məhkəmə prosesində o, mənzilin kirayə haqqını yerli valyuta ilə deyil, avro ilə ödəməkdə ittiham olunub. İrandan çıxmağa bir neçə gün qalmış bu mənzildə gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danişıqları qeydə alinib. Məhkəmədə həmin səs yazılarının tərcuməsi səsləndirilib. Fəridin deməsinə tərcümə cox ciddi təhrif olunub. Məsələn, Fərid internet zəif olduğundan mənimlə əlaqə saxlaya bilməməsindən gileylənib. Bu, məhkəmədə Fəridin gizli görüş keçirməsinə sübut kimi təqdim edilib. Daha sonra onu ittiham ediblər ki, 2022-ci ildə İrana Almaniya telefon nömrəsi ilə 22 dəfə zəng vurub. Fərid məhz onun zəng etdiyini sübut etməyi tələb etsə də, cavab almayıb”, – anası deyib.

Dilarə Əsgərova Azərbaycan Xarici İşlər Nazirliyinə oğlunun azadlığı üçün iş aparmaları xahişi ilə müraciət edib.

Bənzər yazılar

Back to top button