İdman

“Barselona” Salahdan vaz keçdi – SƏBƏB

“Barselona” “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etməyəcək.

Fanat.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 29 yaşlı futbolçunu yüksək maaş tələbinə görə heyətinə qatmaqdan imtina edib. Salah “Barselona”dan illik 17 milyon avro maaşla 5 illik müqavilə istəyib.

Salah tələblərini azaltmaq niyyətində deyil və “Barselona” müqavilədən imtina edib.

Bu yay 34 yaşı tamam olan Robert Levandovski, hücumu gücləndirmək üçün “Barselona”nın əsas hədəfidir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button