Dünya

Ermənistan ordusu da taktiki təlimlərə başlayıb

Heç bir hazırlıqsız, planlaşdırılmamış təlimlər Azərbaycan Ordusunun davam edən təlimlərinə cavab xarakteri daşıyır

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistanda genişmiqyaslı taktiki təlimlər başlayıb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb:

“Smerç” şrti adlı genişmiqyaslı taktiki təlimlər başlayıb. Təlimlərdə əməliyyat-taktiki raketlərin işə salınması üçün qurğular, “Smerç” yaylım atəşli raket sistemlərinin (YARS) istifadəsi nəzərdə tutulur. Üç günlük təlimlərin son mərhələsi döyüş atəşləri ilə müşayiət olunacaq”.

Xatırladaq ki, mayın 18-22-də Azərbaycanda keçiriləcək genişmiqyaslı taktiki hərbi təlimləri ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyi hələ ayın 15-də açıqlama vermiş, Azərbaycanın regionda hərbi təlimlərinin təhlükəsizlik mühitini gərginləşdirməkdə günahlandırmışdı. Azərbaycanın əvvəlcədən planlaşdırılmış hərbi təlimləri ilə bağlı məntiqsiz bəyanatlarına dəstək almayan işğalçı ölkənin Müdafiə Nazirliyi, görünür, “təhlükəsizlik mühitini gərginləşdirmək” iddiasından imtina edib. Belə ki, heç bir hazırlıqsız, planlaşdırılmamış təlimlər Azərbaycan Ordusunun davam edən təlimlərinə cavab xarakteri daşıyır. Lakin yalnız bir neçə qurğunun sınaqdan çıxarılması təliminə “genişmiqyaslı” adı vermək erməni saxtakarlığının növbəti nümunəsidir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button