Hadisə

Alı Alıyevə də yol görünür – İnam Kərimovun kadrı Füzuli rayonuna icra başçısı gətirilir?..

Uzun illərdir ki, Füzuli rayonuna başçılıq edən Alı Alıyevin yaxın günlərdə vəzifədən alınması gözlənilir. Yerli mətbuatın yazdığına görə buna səbəb son zamanlar cənab Alıyevin fəaliyyətindən Prezident Adminstrasiyasına şikayətlərin həddindən artıq artmasıdır. Elə bu üzdən də Füzulinin icra başçısı vəzifədən alınanların siyahısında birinci sıradadır.

Alı Alıyev 25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Aldığımız məlumata görə Füzulinin icra başçısı portfelini Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) Füzuli rayon şöbəsinin direktoru Hüseyn Abbasov ala bilər. Hər halda Füzuli rayonunda gəzən söz-söhbət bundan xəbər verir.

Qeyd edək ki, Hüseyn Abbasov uzun illər Füzuli rayon icra başçının müavini, Sosial – iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Rayonun kənd təsərrüfatı sahəsi onun nəzarətində olub. Məlumata görə Hüseyn Abbasov müavin vəzifəsini də bir müddət əvvəl məhz başçı olmaq həvəsinə düşdüyü üçün itirib. Bundan sonra isə Kənd Təsərrüfatı naziri İnam Kərimova yaxınlığı olan Hüseyn Abdullayev Dövlət Aqrar İnkişaf Mərkəzinin(DAİM) Füzuli rayon şöbəsinin direktoru vəzifəsinə təyinat alıb və bu günə qədər həmin vəzifəni icra etməkdədir.

Müavin olduğu illərdə, daha sonra isə DAİM-in direktoru vəzifəsində olan Hüseyn Abbasov adminstrativ imkanlarından istifadə edərək Harami düzində çoxlu torpaqları ələ keçirib. Məlumata görə həmin torpaq sahələrini kirvəsinin qardaşı Facət Heydərovun adına sənədləşdirib və həmin ərazilərin əkin-biçininə birbaşa özü nəzarət edir. Həmin əkin sahələrinin 1000 hektardan çox olduğu bildirilir.

Son zamnalar isə Hüseyn Abbasov azad olunmuş Xələfşə kəndində bir neçə iri ferma tikdirdiyi qeyd olunur. Hüseyn Abbasovun köhnə və yeni fermalarında minlərlə iri və xırda buynuzlu heyvanları saxlanılır.

Hüseyn Abbasov son zamanlar Füzulidə son model LEXSUS markalı avtomabil alması ilə diqqət cəlb edib. İcra başçısı olmağa hazırlaşan Hüseyn Abbasov bir neçə restoranı ilə də rayonda tanınır. Onlardan biri də Horadiz şəhərinin girəcəyində “İşıqforun yanı” deyilən yerdə böyük və təmtəraqlı restorandır. Onun Bakıda və xaricdə də bir sıra mülklərinin olması haqqında da təsdiqlənməmiş məlumatlar var.(AzFakt.com)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Bənzər yazılar

Back to top button