İdman

“Çelsi” və “Mançester Yunayted” “Liverpul”a rəqib oldu

“Layptsiq”in hücumçusu Timo Verner Avropa nəhənglərinin maraq dairəsindədi.

Fanat.Az “Bild”ə istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted”in rəsmiləri Vernerin agenti Karl-Haynts Fersterlə əlaqə yaradaraq mümkün transferi müzakirə ediblər. 24 yaşlı futbolçu uğrunda mübarizədə digər ingilis klubu – “Liverpul” favorit hesab olunur.

Verner daha öncə verdiyi açıqlamada karyerasını Almaniya xaricində davam etdirmək istədiyini bildirmişdi.

Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan alman forvardın aktivində 21 qol, 7 məhsuldar ötürmə var.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button