ManşetSiyasət

“Havayı maaş alan saxta blogerlər… – Jurnalistdən ŞOK AÇIQLAMA

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Facebook” səhifəsində sosial şəbəkələrdə “bloger” adı ilə fəaliyyət göstərən və yazdıqları statuslara görə aylıq maliyyə alan şəxslərlə bağlı maraqlı status paylaşıb. Reallıq.TV olaraq həmin yazının aktuallığını nəzərə alaraq, olduğu kimi təqdim edirik:

“HAVAYI MAAŞ ALAN SAXTA BLOGERLƏR…

Gündəm mövzuları ilə bağlı arada maraqlı statuslar yazdığıma görə mənə ən çox belə sual ünvanlayırlar: müəllim, sən də status yazmağa görə pul alırsan? Əvvəl bu sualı ciddiyə almırdım. Bir az maraqlanandan sonra öyrəndim ki, həqiqətən FB-də yalnız status yazmağa görə aylıq yaxşı maaş alanlar var. Elələri var ki, həm işlədiyi yerdən maaş alır, həm də “blogerlikdən”.

Ən maraqlısı isə budur ki, buna görə pul alanların çoxu əməlli başlı yazı yaza bilmir. Əksər hallarda onlara göndərilən tezisləri kopyalayıb, cüzi əlavələr etməklə öz profillərində “təhlil”, “araşdırma”, “analitika” adı ilə cəmiyyətə təqdim edirlər. Bir çox adamlar yaxşı yaza bildiyinə görə deyil, şəxsi əlaqələri hesabına bu “işə” düzəlib və ayda bizim kimi jurnalistin zülmlə qazandığı məvacibdən iki dəfə çox pul alırlar.

Onların içində az da olsa yazmağı bacaranları da var. Bu kateqoriyadan olanlar isə məqsədli şəkildə konkret mövqe qoymaq tələb olunan gündəm mövzularından yayınırlar ki, əks düşərgənin tənqidlərinə tuş gəlməsinlər. Əminəm ki, belələri bizə başdan xarab kimi baxır. Onun pul alıb görmədiyi işi biz həvəslə pulsuz gördüyümüzə görə. Məsələn əsirlikdə olmuş Şahbaz Quliyevlə olan statusumu və ona verilən reaksiyaları buna misal göstərə bilərəm.

Dövlət pulunu bu adla dağıdırsınızsa, insafınız olsun ondan bir az da həqiqətən FB-də statusları ilə gündəmi dəyişən adamlara da xərcləyin də. Bununla bağlı cənab Prezidentə məktub göndərəcəm və bütün sosial şəbəkələr vasitəsilə videomüraciət ünvanlayacam, qoy külli miqdarda xərclənən vəsaitin taleyinı aydınlıq gətirilsin görək, hansı nəticə əldə olunub?

Ümumiyyətlə bloger adı ilə tez-tez plazaların önündə gəzişib, havayı maaş alanlar yazı yaza bilmə vərdişləri lazımi şəkildə araşdırılsın. Adam səsini çıxarmadıqca elə bilirlər ki, heç nəyi görmürük? Yaradıcı sahədə edilən saxtakarlıqların ömrü uzun olmur. Əli Həsənovun fəaliyyətinə verilən qiymətdə biz bunu aydın gördük”.

Bənzər yazılar

Back to top button