Dünya

Buçada rusların qətlə yetirdiyi mülki şəxslərin sayı açıqlandı

Buça şəhərinin meri işğaldan azad edilən şəhərdə qətlə yetirilən dinc sakinlərin sayını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, Anatoli Fedoruk bu barədə BBC-ə danışıb. O bildirib ki, şəhərin işğalı zamanı təxminən 320 mülki şəxs rus hərbçiləri tərəfindən güllələnib.

Mer Rusiya hərbçiləri tərəfindən bir neçə nəfərin edam edilməsinin şəxsən şahidi olduğunu deyib.

“Mən bir neçə epizoda baxdım. Üç mülki avtomobil Kiyevə doğru təxliyyə olunmağa çalışırdı və onları vəhşicəsinə güllələdilər. Bir hamilə qadın var idi ki, əri qışqıraraq onu vurmamağı xahiş edirdi, ancaq onu vəhşicəsinə güllələyidlər”.

Fedoruk həmçinin iddia edib ki, Rusiya qüvvələri işğalları zamanı yerli siyasətçiləri də qətlə yetiriblər.

O, hərbi cinayətlərin törədilməsi ilə bağlı iddiaları təkzib edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Buça şəhərinə gəlməyə, ölənlərin cəsədlərini görməyə, onların ailələrinin, analarının, ərlərinin, yetim qalan uşaqlarının gözlərinin içinə baxmağa çağırıb.

Bənzər yazılar

Back to top button