Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri (SİYAHI)

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-6 aprel tarixlərində Rusiya tərəfinin şəxsi heyətində itkilər 18 600-ə çatıb.

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 684 tankı, 1 861 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 135 helikopteri, 1 324 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 96 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

Bənzər yazılar

Back to top button