Dünya

Trampın sərvəti bir ildə 600 milyon dollar artıb – Forbes

ABŞ-ın eks-prezidenti Donald Trampın sərvəti bir il ərzində 2,4 milyard dollardan 3 milyard dollara yüksəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Forbes” zənginlərin illik reytinqində yazır.

2021-ci ilin oktyabrında Donald Tramp “Trump Media” vasitəsilə idarə olunan öz “Truth Social” sosial platformasını yaratdığını elan edib.

Sərvətinin əsas hissəsini Nyu Yorkdakı daşınmaz əmlak təşkil etsə də, Tramp “Trump Media”ya yatırım edən investorlardan da 430 milyon dollar alıb.

Bənzər yazılar

Back to top button