İqtisadiyyat

Son 15 ildə Azərbaycanda 26 min eşşək “yoxa çıxıb” – Rayonlar üzrə SİYAHI

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 21 min 47 baş eşşək mövcud olub.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 10,1% və ya 2 min 372 baş azalıb.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 15 ildə – 2008-2022-ci illərdə Azərbaycanda eşşəklərin sayı 2 dəfədən çox azalaraq 47,2 mindən 21 min başa düşüb.

Son 15 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:

Tarix Eşşəklərin sayı
1 yanvar 2008-ci il 47,2 min
1 yanvar 2009-cu il 46,4 min
1 yanvar 2010-cu il 46,0 min
1 yanvar 2011-ci il 46,1 min
1 yanvar 2012-ci il 45,9 min
1 yanvar 2013-ci il 44,3 min
1 yanvar 2014-cü il 43,4 min
1 yanvar 2015-ci il 40,0 min
1 yanvar 2016-cı il 35,8 min
1 yanvar 2017-ci il 34,1 min
1 yanvar 2018-ci il 30,9 min
1 yanvar 2019-cu il 28,0 min
1 yanvar 2020-cu il 25,8 min
1 yanvar 2021-ci il 23,4 min
1 yanvar 2022-ci il 21,1 min

Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Şahbuz rayonu olub – 1 712 baş. Ən az eşşəyin olduğu rayon isə Kəlbəcər rayonu olub – 1 baş.
Ötən il eşşəklərin sayında ən kəskin azalma Qazax, Ağstafa, Tovuz, Sabirabad rayonlarında qeydə alınıb. 2021-ci ilin əvvəlində Bakı şəhərində (Xəzər rayonu) qeydə alınan 3 eşşək isə bu ilin əvvəlində olmayıb.
Onu da bildirək ki, son 7 ildə Bakı şəhərində eşşəklərin sayı aşağıdakı kimi olub:

2016 2017 2018 2019 2020 2021 2022
19 13 17 8 9 3

Ötən il ilk dəfə olaraq Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarında eşşəklər qeydə alınıb.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı belə olub.

Şəhər və rayonlar Eşşəklərin sayı
01.01.2022 01.01.2021
Bakı şəhəri 3
Xızı rayonu 73 89
Abşeron rayonu 15 15
Qazax rayonu 991 1 158
Ağstafa rayonu 1 372 1 852
Tovuz rayonu 1 161 1 680
Şəmkir rayonu 1 476 1 467
Gədəbəy rayonu 358 409
Daşkəsən rayonu 267 261
Samux rayonu 825 865
Göygöl rayonu 229 236
Goranboy rayonu 574 592
Naftalan şəhəri 4 2
Zaqatala rayonu 11 11
Qax rayonu 35 36
Şəki şəhəri 422 620
Oğuz rayonu 190 209
Qəbələ rayonu 67 85
Astara rayonu 379 333
Lənkəran şəhəri 36 40
Lerik rayonu 1 572 1 556
Yardımlı rayonu 618 652
Masallı rayonu 10 12
Cəlilabad rayonu 334 546
Qusar rayonu 68 77
Xaçmaz rayonu 568 708
Quba rayonu 936 971
Şabran rayonu 134 154
Siyəzən rayonu 293 297
Göyçay rayonu 3 3
Beyləqan rayonu 205 190
Ağcabədi rayonu 135 144
Bərdə rayonu 147 138
Neftçala rayonu 164 140
Salyan rayonu 212 184
Yevlax şəhəri 63 66
Ağdaş rayonu 71 73
Zərdab rayonu 44 44
Kürdəmir rayonu 43 53
Saatlı rayonu 26 36
Sabirabad rayonu 595 965
Hacıqabul rayonu 256 374
Cəbrayıl rayonu 11 11
Füzuli rayonu 306 303
Ağdam rayonu 184 216
Tərtər rayonu 86 110
Xocavənd rayonu 2 1
Laçın rayonu 70 79
Qobustan rayonu 119 152
İsmayıllı rayonu 209 228
Ağsu rayonu 125 112
Şamaxı rayonu 349 352
Naxçıvan şəhəri 118 115
Şərur rayonu 812 835
Babək rayonu 538 524
Ordubad rayonu 530 520
Culfa rayonu 286 282
Kəngərli rayonu 470 461
Şahbuz rayonu 1 712 1 691
Sədərək rayonu 117 81
Kəlbəcər 1
Cəbrayıl 11
Zəngilan 17

Bənzər yazılar

Back to top button