İdman

İngiltərə nəhəngi Poçettinodan niyə vaz keçdi?

“Mançester Yunayted”in PSJ-nin baş məşqçisi Maurisio Poçettinonu baş məşqçi postuna gətirmək fikrindən niyə vaz keçdiyi açıqlanıb.

Fanat.az ESPN-ə istinadən xəbər verir ki, ingilislər Poçettinoya görə qarşı tərəfə 18 milyon avro təzminat ödəməli olub və “qırmızı şeytanlar”ın idarəçiləri bu məbləğdən vaz keçməyi planauyğun saymayıb.

Yazılanlara inanasaq, daha bir səbəb PSJ-nin Çempionlar Liqasında ümidləri doğrultmaması, belə desək, argentinalı mütəxəssisin işinin öhdəsindən lazımınca gəlməməsidir.

Bu iki səbəb üzündən Mançester klubunun bossları “Ayaks”ın çalışdırıcısı Erik ten Haqla razılığa gəlməyi daha uyğun variant hesab edib.

Hazırda MY-ni müvəqqəti olaraq 63 yaşlı Ralf Ranqnik çalışdırır. Ötən ilin dekabr ayının 3-dən “qırmızı şeytanlar”a baş məşqçilik edən Ranqnikin mövsümün sonunda komandanı təhvil verməsi və klubda başqa işlə təmin edilməsi öncədən planlaşdırılıb. Son məlumatlara görə, onun yerini “Ayaks”ın baş məşqçisi Erik ten Haq tutacaq.

Bənzər yazılar

Back to top button