Siyasət

Erkin Qədirli: “Mandatdan imtina etməyəcəyəm” (VİDEO)

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan “REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirir.

Qaynarinfo-nun məlumatına görə, E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: “Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.

O iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: “Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.

İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.

Erkin Qədirli mandatdan imtina etməyəcəyini də bildirib.
https://www.facebook.com/respublikaci/videos/2813299685412537/

Bənzər yazılar

Back to top button