İdman

Lionel Messi: “Onu “Real”da görmək qorxunc olar”

Lionel Messi sabiq komanda yoldaşı Neymarın “Real”a mümkün transferi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, “Barselona”nın ulduzu Argentinanın “TyCSports” kanalına açıqlamasında braziliyalı həmkarının əzəli rəqibə keçməsini istəmir.

“Neymarı “Real”da görmək qorxunc olar. Bu hər birimizin qəbul etməkdə çətinlik çəkəcəyi bir qərar olar və bunu onun özünə demişəm” deyə Messi bildirib.

Argentinalı ulduz özünün “Barselona”dan ayırlmaq istəmədiyini deyib: “Dünyanın ən yaxşı komandasında oynayıram. Mənim üçün burdan yaxşı yer yoxdu. Hər mövsüm kuboklar uğrunda mübarizə aparıram. Nəyisə sübut etmək üçün başqa bir kluba getməyi düşünmürəm”.

Messi “Real”dakı rəqibi Kriştiano Ronaldo ilə rəqabət aparmadığını bildirib: “Ronaldo ilə yarışmıram. Dünya futboluna gəlib-getmiş ən yaxşı futbolçu olmaqla maraqlanmıram”.

Bənzər yazılar

Back to top button