İdman

Font: “Barselona” iflasın astanasındadır”

“Barselona”nın prezidentliyinə namizəd Viktor Font klubun iflasın astanasında olduğunu deyib.

Viktor Font bu səbəbdən də çox ağır “yenidənqurma” işləri ilə üzləşəcəyini bildirib.

“Uzun müddətdir ki, Barselonanın uçuruma doğru getdiyi barədə xəbərdarlıq edirik. Klub, yaxın zamanlarda tarixinin ən uğurlu futbolçu nəslini evəz etməli, yeni idman kompleksini qurmalı və böyük maliyyə resursları olan şirkətlərə qarşı mübarizə aparmalıdır. Bunun üzərinə qeyri-sabit idman siyasətini, Direktorlar şurasının parçalanmasını və koronavirus səbəbiylə gəlirdə əhəmiyyətli dərəcədə azalmanı əlavə etsək hər şey aydın olacaq. “Barselona” iqtisadi və mənəvi iflas təhlükəsi ilə qarşı-qarşıyadır. Bir sözlə oyun bitdi”, – Font “Mundo Deportivo”ya müsahibəsində bildirib.

Font “Delta Partners” idarəetmə şirkətinin qurucusudur. O, 2021-ci ildə keçiriləcək klubun prezidenti seçkilərində Xosep Bartomeunun əsas rəqibi sayılır.

Bənzər yazılar

Back to top button