İdman

“Neftçi”nin kapitanı: “Rusiyanın hansı klubu Avroliqada “Qarabağ” səviyyəsində oynayıb?”

“Neftçi”nin kapitanı Emin Mahmudov Rusiyanın Sports.ru nəşrinə geniş müsahibə verib.

Qol.az xəbər verir ki, maraqlı fikirlər bildirən millimizin üzvü “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışları ilə bağlı da danışıb.

O, Ağdam klubunun gücünün oyun sistemində olduğunu deyib: “Sadəcə olaraq Rusiyada “Qarabağ”ın oyunlarını izləmirlər. Baxsanız, görərsiniz ki, istənilən komandaya qarşı öz sistemlərində oynayırlar. Avrokuboklarda “Ferentsvaroş” və “Olimpiakos”u asanlıqla məğlub etdilər. “Qarabağ” rəqiblərini öz istədiyi kimi oynamağa məcbur edirlər. Onlar digər komandaları topzu qaçmağa vadar edir. “Zenit” gəlsə, onu da məcbur edərlər. “Qarabağ” Rusiya çempionatında 100 faiz çempionluq üçün mübarizə aparardı”.

Mahmudov jurnalistin “Zarafat etmirsiniz ki” sualına isə belə cavab verib: “Xeyr. Ciddi deyirəm. Rusiyanın hansı klubu Avropa Liqasında onlar səviyyəsində oynayıb ki? Rusiya klubları 1-2 oyun udur, qrupu keçir və bayramdır. Heç Konfrans Liqasında iki komandanı keçə bilmədilər. “Qarabağ” hər il son mərhələyə qədər irəliləyir. Bu il onlar Polşa çempionunu 5:1, İsveçrə çempionunu 3:2, Macarıstan çempionunu səfərdə 3:1 hesabı ilə məğlub etdilər. Əgər onlar Avropanın böyük klublarının forması ilə meydana çıxsalar, insanlar fərqi hiss etməz”.

Bənzər yazılar

Back to top button