İqtisadiyyat

Bir ay əvvəl yaranan 2 şirkət Polis Akademiyasından 100 minlik tender uddu – FAKTLAR

Azərbaycan Respublikası DİN Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqələrinin (kotirovka sorğuları) qalibləri “Elim HH” MMC (VÖEN- 1307531511) və “Xəmsə HH 22” MMC (VÖEN- 1505809961) olub.

Yeniavaz.com xəbər verir ki, “Elim HH” MMC Polis Akademiyası sifarişi ilə bu qurumda liftlərə, turniketlərə, isitmə və soyutma sistemlərinə texniki xidmət göstərəcək.

Qeyd olunan işlər üçün Polis Akademiyası “Elim HH” MMC-yə 49 min manat ödəyəcək.

“Xəmsə HH 22” MMC isə Polis Akademiyası sifarişi ilə bu qurumda proqram təminatlarına servis xidmətini göstərəcək və qeyd olunan işlər üçün Polis Akademiyası “Xəmsə HH 22” MMC-yə də eyni məbləğ – 49 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, hər iki MMC tender müsabiqələrindən təxminən bir ay əvvəl dövlət qediyyatına alınıblar. “Elim HH” MMC – 21.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Polis Akademiyası isə tender müsabiqəsini 10.03.2022-ci il tarixində elan edib. “Xəmsə HH 22” MMC – 16.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Polis Akademiyası isə tender müsabiqəsini 15.03.2022-ci il tarixində elan edib.


Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi bir ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Onu da bildirək ki, hər iki MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 98 min manatlıq tenderin qalibi olan MMC-lər paytaxt Bakıda fərqli ünvanlarda qeydiyyata alınsalar da adlarında bənzərlik (“HH”) var. “Elim HH” MMC “Bakı şəhəri, Yasamal rayonu, H.Q.Mustafayev ev. 11” ünvanında, “Xəmsə HH 22” MMC isə “Bakı şəhəri, Nərimanov rayonu,, Ağa Nemətulla ev. 56 m. 105/135” ünvanında dövlət qeydiyyatına alınıblar.

Maraqlı məqamlardan biri də odur ki, son bir neçə ay ərzində “Elim HH” MMC və “Xəmsə HH 22” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanlarda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçiləri eyni şəxslər olub.

Bənzər yazılar

Back to top button