Hadisə

Kəmaləddin Heydərovun şirkəti yenidən cərimələndi

“Gilan Holding” MMC-yə daha bir cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Səfərovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Daha əvvəl MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə cərimə protokolu yazılıb. Həmin protokol da Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: “Gilan Holding” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu (qeyri-rəsmi) bildirilir.

Bənzər yazılar

Back to top button