İdman

Arpaçay Karate Klubu Ali Baş Komandana müraciət etdi

Ölkənin aparıcı karate klublarından olan Arpaçay Karate Klubu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

Klubun prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, klubun rəhbər heyəti və üzvlərinin iştirakı ilə keçirilən videokonfransda qəbul olunan müraciətdə deyilir ki, iyul ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatları və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi Azərbaycanın bütün vətənpərvər övladları kimi klubun kollektivində də böyük qürur hissi yaradıb.

Müraciətdə daha sonra vurğlanır ki, vaxtilə Vətən torpağı uğrunda heç tərəddüd etmədən döyüş meydanlarına atılan şəxslərin də rəhbərliyində təmsil olunduğu Arpaçay Karate Klubunun idarə heyəti və onun gənc üzvləri Azərbaycanın ərazi bütövlüyü uğrunda Ali Baş Komandan İlham Əliyevin göstərdiyi qətiyyətə, mübarizə əzminə dəstək verir, torpaqlarımız uğrunda döyüşə hazır olduğunu bəyan edir və bütün Azərbaycan xalqını Ali Baş Komandanın ətrafında birləşməyə çağırır.

Məlumat üçün qeyd edək ki, Arpaçay Karate Klubu Azərbaycanın gələcəyi uğrunda mübarizə üçün mərd, igid, vətənpərvər və sağlam idmançılar yetişdirməyi əsas hədəf kimi kimi qarşısına qoyub. Klubun birinci vitse-prezidenti, qocaman məşqçi Hidayət Şabanov isə 1990-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub.

Onu da xatırlatamaq yerinə düşər ki, Arpaçay Karate Klubu 2016-cı ildən başlayaraq hər ilin yanvarında 20 Yanvar şəhidlərimizin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir keçirir. Eyni zamanda Arpaçay Karate Klubu vaxtaşırı Vətənin azadlığı və bütövlüyü uğrunda mübarizə aparan və şəhid olan qəhrəmanların əziz xatirəsinə həsr olunmuş yarışlar keçirməklə onları bir daha yad edir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button