İdman

Ançelotti: “Dəli olmasam, “Real”da qalacağam!”

“Real Madrid”in 62 yaşlı baş məşqçisi Karlo Ançelotti gələcək haqqında danışıb.

Fanat.az xəbər verir ki, “Marca” nəşri italiyalı mütəxəssisin dediklərini belə çatdırıb

“Əgər dəli olmasam, 80 yaşıma qədər “Real Madrid”də qalmaq istərdim. Çünki bundan yaxşı klub tapmaq asan olmayacaq. Görək, “Real Madrid” məndən bezəndə nə baş verəcək. Amma hələ görəcəyim çox iş var”.

Qeyd edək ki, Ançelotti ötən ilin iyun ayında Kral klubu ilə 3 illik müqavilə imzalayıb. O, 2013-15-ci illərdə də bu komandanı çalışdırıb.

Bənzər yazılar

Back to top button