İdman

Arda Turanın transfer olunacağı ölkə açıqlandı

Futbol şərhçisi Mehmet Demirkol 16 oyun cəza alan Arda Turanla bağlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, şərhçi futbolçunun yay aylarında cəzasını başa vurmaq üçün çempionatı yaz-payız sistemi ilə keçirilən İsveçə transfer olunacağını bildirib:

“Təhkim Komitəsinin iclası günü keçiriləcək. Cəza azaldıla bilərmi, bunu bilmirəm. Onsuz da cəza minimum həddə verilib. Böyük komandada belə bir cəza verə bilməzdilər. Arxanda böyük azarkeş kütləsinin olması başqa şeydi. Böyük camiəsi olarsa, bu cəzanı verə bilməzsən. Ardanın arxasında böyük kütlə yoxdu. Bu cəza beynəlxalq cəzadı. 4 matçdan artıq olduğu üçün getdiyi ölkə FIFA-dan soruşur: “Bu cəzanın sizdəki qarşılığı nədi?”. Onlar da cəzanı azaltmaq hüququna sahibdi. Arda İsveçə transfer olunacaq. Orda 16 oyunluq cəzanı əridəcək. Cəzasını çəkib gələcək”.

Qeyd edək ki, Arda Turan “Barselona”dan “Başakşəhər”ə icarəyə verilib. Qaydalara əsasən cəza 4 oyundan artıq olduğundan futbolçu çempionatını dəyişsə belə, onu çəkməlidi.

Bənzər yazılar

Back to top button