Siyasət

Lavrov Şimali Makedoniyadan ATƏT-in iclasında iştirak etmək üçün icazə istədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Skopyedə keçiriləcək iclasında iştirak etmək üçün icazə istəyib.

APA xəbər verir ki, bu barədə açıqlama verən Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ölkəsinin Rusiya nümayəndə heyətinin təyyarəsini qəbul edə bilməyəcəyini qeyd edib.

Lavrov isə öz növbəsində Şimali Makedoniyanın Rusiyanın ATƏT-in iclasında iştirakını “mümkün edəcəyinə” ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqının üzvü olmayan, lakin Moskvaya qarşı sanksiyalara qoşulan Şimali Makedoniyanın hava məkanı Rusiya təyyarələri üçün bağlıdır.

Bənzər yazılar

Back to top button