Hadisə

Kəmaləddin Heydərovun iki şirkəti məhkəməyə verildi

“Gilan Holdinq”ə daxil olan iki şirkət – “GP Alpha Greenhouse” MMC və “Hajigabul Greenhouse” MMC məhkəməyə verilib.

AzToday.az busaat.az-a istinadən xəbər verir ki, hər iki şirkətlə bağlı iddiaçı “Delarosa Consulting” MMC-dir.

“GP Alpha Greenhouse” MMC ilə bağlı iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun, “Hajigabul Greenhouse” MMC ilə bağlı iddia isə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.
Hər iki şirkətlə bağlı məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahisələrdir.

“GP Alpha Greenhouse” MMC və “Hajigabul Greenhouse” MMC ənd təsərüfatı sektoruna aid şirkətlərdir. Onların daxil olduğu “Gilan Holdinq” isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir.

Spn vaxtlar Kəmaləddin Heydərova yaxın şirkətlərin ard-arda məhkəməyə verildiyi müşahidə olunur. Bəzi ehtimallara görə, bu Fövqəladə Hallar nazirinin biznes imperiyasının artıq çöküş ərəfəsində olması ilə bağlıdır. Lakin belə düşünənlər də var ki, Kəmaləddin Heydərovun şirkətlərinin məhkəmə çəkişmələrinə cəlb edilməsinin səbəbi əl dəyişimi ilə əlaqəli ola bilər.

Bənzər yazılar

Back to top button