İdman

“Mançester Yunayted”in Ten Haqla danışıqlar apardığını təsdiqlədi

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik klubun “Ayaks”ın çalışdırıcısı Erik Ten Haqla danışıqlar apardığını təsdiqləyib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Mançester Yunayted”in danışıqlar apardığı məşqçilərin olduğunu bilirəm. Onların hamısı yüksək səviyyəli mütəxəssislərdir. Onların arasında Erik Ten Haq da var. Bu barədə daha heç nə deyə bilmərəm. Mən mümkün yeni məşqçilər haqqında danışmayacağam”.

Qeyd edək ki, Ranqnik 2021-ci ilin dekabrından “Mançester Yunayted”i çalışdırır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button