Dünya

ABŞ Ukraynada və dünyada ərzaq böhranının qarşısını almaq üçün səy göstərir

Ukraynada müharibə yeddi həftədir davam etdiyinə görə, Vaşinqton Rusiyanın Ukraynanı işğal etməsi ilə əlaqədar güclənən ərzaq çatışmazlığının zərərini məhdudlaşdırmaq üzrə qlobal səylərə çağırır, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Reallıq budur ki, Putinin Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsi bütün dünyada milyonlarla insanı ərzaq çatışmazlığı təhlükəsi altında qoyub”, deyə dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ramin Tolui bildirib.

O, bazar günü keçirilən brifinqdə deyib ki, Rusiya və Ukrayna dünyada iki ən böyük kənd təsərrüfatı məhsulları və gübrə ixracçısıdır. Ukraynaya qarşı bu düşüncəsiz müharibə nəticəsində dünyanın ən həssas vətəndaşları ərzaq çatışmazlığını hiss edəcəklər.

“Müharibə Ukraynanın daşımaların həyata keçirildiyi avtomobil və dəmir yollarını və dəmiryolu stansiyalarını dağıdıb, Rusiya isə taxıl elevatorlarını və ərzaq anbarlarını məhv edib”, deyə dövlət katibinin köməkçisi bildirib.

Qara Dəniz bu məhsul növlərinin dünya bazarlarına əsas satış kanalıdır, amma Ukrayna limanları bağlandığına görə ərzaq ixracı mümkün deyil.

Prezident Bayden bu yaxınlarda ABŞ-ın müharibədən əziyyət çəkənlərə humanitar yardım üçün 1 milyard dollar ayırmağa hazır olduğunu elan edib. Bu məbləğ fevraldan etibarən Ukraynaya verilmiş 300 milyon dollarlıq yardımdan əlavə olaraq ayrılacaq, deyə Tolui bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button