Siyasət

İlham Əliyev: “Rusiya müharibənin dayandırılmasında çox mühüm rol oynadı”

“Rusiya Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında çox mühüm rol oynadı”.

AzToday.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında mühüm rol oynayıb. Prezident qeyd edib ki, məhz Rusiyanın səyi nəticəsində proses hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib.

Dövlət başçısı Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normalılaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.

Bənzər yazılar

Back to top button