İdman

Avropa çempionu nə “İnter”ə lazımdır, nə də “Yuventus”a

“Latsio”nun müdafiəçisi Françesko Açerbinin təmsilçiləri onun xidmətini “Yuventus” və “İnter”ə təklif ediblər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

34 yaşlı Açerbi Turin təmsilçisinə Corco Kyellininin əvəzləyicisi qismində təklif olunub. Milanlılara gəlincə, Françeskonun komandanın baş məşqçisi Simone İnzagi ilə isti münasibətləri var.

Hrəçənd bu komandaların heç biri üçün sözügedən futbolçunu heyətinə qatmağa xüsusi maraq göstərməyib. Həm “Yuventus”un, həm də “İnter”in mövsümün sonunda həyata keçirməli olduğu fərqli transfer hədəfləri var.

Bu mövsüm A Seriyasında 24 oyuna çıxan Açerbi 3 qol və məhsuldar ötürmə ilə yadda qalıb. Onun Roma təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Françesko Açerbi İtaliya millisinin heyətində son Avropa çempionatının qalibi olub.

Bənzər yazılar

Back to top button