Dünya

“Ərdoğanla bacarmazsan, çünki səndə o beyin yoxdur…” – Tramp

ABŞ-da keçiriləcək prezident seçkilərində demokratların namizədi Cozef Baydenin “hakimiyyətə gələrsəm Ərdoğanı devirməyə çalışacam”, sözləri dünyada böyük təpkiyə səbəb olub.

Məsələyə ABŞ prezidenti Donald Tramp da münasibət bildirib. Tramp, seçkilərdəki rəqbi Baydenin Ərdoğan qarşısında çox zəif olduğunu deyib.

“Ərdoğan birinci sinif şahmat oyunçusudur. Bu səbəbdən Bayden Ərdoğanla bacarmaz. Çünkü, Baydendə o beyin yoxdur. Ötən həftə bəzi dünya liderləri mənə zəng edərək, Ərdoğana zəng etməmi xahiş edirdilər” – Tramp belə qeyd edib. \Avropa.info

Bənzər yazılar

Back to top button