Dünya

Avstriya kansleri Moskvaya niyə gedib? – “Putinin gözlərinin içinə baxmaq və…”

Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüş təəssüratlarından danışıb.

Bu barədə “Kurier” yazıb.

Nehammerin sözlərinə görə, bu, dostluq səfəri olmayıb, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib.

“Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər fırtınaya işarə edir”, – o deyib.

Avstriya kansleri əmindir ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.

Kansler qeyd edib ki, görüş zamanı onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın təqsirkar olmasında təkid edib.

Qeyd edək ki, aprelin 11-də Moskvada baş tutan görüş 1,5 saat davam edib.//Report.az

Bənzər yazılar

Back to top button