İdman

“Ronaldo özünü Tanrı hesab edir”

İspaniya millisinin və “Liverpul”un sabiq müdafiəçisi Xose Enrike “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu tənqid edib .

Qol.az xəbər verir ki, o, “A Bola”ya açıqlamasında deyib: “Mən həmişə deyirdim ki, onu sevmirəm. Ronaldo özünü Tanrı hesab edir və istədiyini edə biləcəyinə inanır. Mən demirəm ki, o, futbol tarixinin ən yaxşı oyunçularından biri deyil, amma bir insan olaraq Kriştianonu sevmirəm”

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 32-ci turunun “Everton”la oyunundan (0:1) sonra portuqaliyalı futbolçu azarkeşin telefonunu sındırıb.

Bənzər yazılar

Back to top button