Dünya

“Mariupolda ən az 10 min dinc sakin həlak olub” – Mer

Mühasirədə olan Mariupol şəhərinin meri Vadim Boyçenko şəhərdəki faciəvi vəziyyət barədə danışıb.

Yeniavaz.com xəbər verir ki, o, “Associated Pres” xəbər agentliyinə müharibə başlayandan bəri cənub limanında ən azı 10 min dinc sakinin həlak olduğunu deyib.

O, Ukraynanın adı açıqlanmayan yerindən, Mariupolun kənarından məlumat verib və şəhərdə küçələrin “meyit çalçaları” ilə örtüldüyünü bildirib.

Vadim Boyçenko əlavə edib ki, Mariupolda hələ də 120 min dinc sakin var:

“Onların təcili olaraq qida, su və dərmana ehtiyacı var”.

Boyçenko həmçinin bildirib ki, rusların cəsədləri toplayıb nəhəng ticarət mərkəzində soyuducularda saxlaması barədə xəbərlər alıb:

“Bu cəsədlər gətirilən səyyar krematoriyalar vasitəsilə yandırılır”.

Bənzər yazılar

Back to top button