Siyasət

Avropa parlamenti Qubad İbadoğlunu həbs edən məmurlara qarşı sanksiyalara çağırıb

Cümə axşamı Avropa parlamenti Azərbaycanda həbs olunmuş müxalifətçi və iqtisadçı-alim Qubad İbadoğlunun işi üzrə qətnamə qəbul edib.

Sənəddə İbadoğluna qarşı uydurma və siyasi motivli ittihamlarla cinayət təqibi pislənilir və insan hüquqlarını kobud şəkildə pozan azərbaycanlı rəsmi şəxslərə qarşı Avropa İttifaqının qlobal insan hüquqları sanksiya rejimi çərçivəsində sanksiyaların tətbiqinə çağırılır.

Qətnaməni 569 deputatdan 539-u dəstəkləyib, 24-ü bitərəf qalıb, 6 nəfər sənədin əleyhinə səs verib.

*İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyi İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.(Turan)

Bənzər yazılar

Back to top button