Hadisə

Adı Fətullah Gülənlə hallanan Avni Dəmirçi Bakıda biznes qurdu – TƏFƏRRÜAT

“Əvvəl pulsuz verdiyim məsləhətləri xidmət kimi verib pul qazanmağı qərara almışam”

Azərbaycanda keçmiş bankir, «Ziraat Bank Azərbaycan» bankının idarə heyətinin keçmiş sədri Avni Dəmirçi Bakıda şəxsi biznesinə başlayıb.

AzToday.az fed.az-a istinadla xəbər verir ki, vaxtilə Azərbaycanda iki türk bankından birini idarə edən A.Dəmirçi bir neçə ay əvvəl vəzifəsindən ayrılıb. Amma o Türkiyəyə qayıtmayıb və Bakıda qalaraq öz biznesini yaratmağı qərara alıb.

Qeyd edək ki, Avni Dəmirçi 1967-ci ildə Türkiyənin Kastomonu şəhərində anadan olub. 1987-1991-ci illərdə 19 Mayıs Universitetində, 1991-1992-ci illərdə «Ziraat Bank Türkiyə»nin məktəbində təhsil alıb. Ayrı-ayrı dövrlərdə «Özbəkistan Türk Bankı», «Türkmən Türk Kommersiya» və «Ziraat Bank Moskva»da rəhbər vəzifələrdən çalışıb. 2015-2021-ci illərdə «»Ziraat Bank Azərbaycan» ASC-ninidarə heyətinin sədri vəzifəsində işləyib.

O bildirib ki, 30 illik bank karyerasına son verərək, ailəsi ilə birlikdə bank sektorunda axırınca iş yeri olan Azərbaycanda qalmağa qərar verib.

Öz biznesini yaradıb və deyir ki, uğurla davam edir.

Hazırda Avni Dəmirçi «Caspian Energy Club Türkiyə»nin idarə heyətinin sədri və «Altan Consulting Group»un təsisçi direktorudur.

A.Dəmirçi bildirib ki, 20 ili bu bölgədə keçən 30 illik bank karyerası zamanı investorların düzgün olmayan insanlarla iş gördüyünü müşahidə edib: «Görürdüm ki, Türkiyədən Azərbaycana gəlir, bəzən yanlış insanlarla yanlış biliklərlə biznes açırlar. Nəticədə bu biznes zərərlə işləyir və xarici invest orun vəsaitlərinin itirilməsi ilə nəticələnir. Sonra isə bu problemin həlli üçün yollar axtarırlar. Belə halların çox şahidi olmuşam. Belə problemlərin həlli üçün bilik qiymətli olsa da, təcrübə ondan da qiymətlidir».

Keçmiş bank sədri bildirir ki, bu region «öz ənənələri, yazılan və yazılmayan qanunları olan» bölgələrdir: «Bəzən investorlar dəyişiklikləri, inkişafı nəzərə almayaraq əvvəlki qaydalarla işləmək istəyirlər və zərrələ üzləşirlər. Belə hallarla bilik və təcrübə mühümdür».

A.Dəmirçinin sözlərinə görə, yeni biznesi də bu sahədəki təcrübəsinə əsaslanır: «Mən də təcrübəmdən yararlanmağı qərara almışam. İndiyədək bank sədri olaraq bu məsləhətləri pulsuz verirdim, indi isə təqaüdə çıxdığımdan, bu məsləhətləri xidmət kimi verməyi və qarşılığında pul qazanmağı qərar almışam».

Onun sözlərinə görə, Avropada insanlar iş qurmazdan əvvəl buna araşdırma ilə başlayır, sektoru 1-2 il araşdırır sonra iş qururlar: «Biz, yəni Azərbaycan və Türkiyə vətəndaşları isə daha sürətli işləyirik, biz istiqanlı insanlarıq, işə hazırlıqsız da başlayırıq və karvanı yolda düzəltməyi sevirik. Belə halda yanlış insanlarla, yanlış partnyorlarla iş görsək, qanunları bilmədən işə başlasaq, problemlərlə üzləşəcəyik. Ən böyük prolblem də dövlətlə yaşanacaq»-deyə keçmiş bank sədri investorlar üçün potensial riskləri açıqlayır.

Azərbaycanda xarici investorlara münasibəti açıqlayan Avni Dəmirçi bildirir ki, son illər bununla bağlı ciddi dəyişikliklər olub, o cümlədən Qarabağın azad edilməsi bölgədə yeni imkanlar yaradıb.

Azərbaycan həm bir tərəfdən torpaqların azad edilməsi, həm də inkişaf etdirməklə, «Doinqg Business» hesabatında irəlilədi.

Onun sözlərinə görə, ənənəvi olaraq xarici investorlar ölkədə iş qurarkən 3 məsələyə diqqət yetirirlər. Birincisi, qanunların onların fəalmiyyətinə nə qədər şərait yaratmasına, biznesə başlamasına, məhsul istehsalına, onu satmağa hansı şəraitin olduğuna diqqət yetirərlər.

İkinci məsələ – investorun hər hansı problemlə üzləşdiyi vaxt hüquq sisteminin ona dəstək verib-verməməsi ilə bağlıdır.

Nəhayət 3-cü məsələ – investorun burada qazandığı vəsaitin sonda gedərkən özü ilə apara biləcəyi ilə bağlıdır. «Bu məsələlərin hamısı ilə bağlı müsbət cavab alınsa, xarici investolar ölkəyə gələcəklər»-deyə keçmiş bank sədri bildirib.

Bank sədri bildirib ki, şəxsi biznesinə bir neçə ay əvvəl başlayıb və hazırda uğurla inkişaf etdirir.

Bənzər yazılar

Back to top button