Hadisə

Prezidentin işdən qovduğu icra başçısı miras qalan 52 sot torpağı necə satıb? – ŞİKAYƏT

Bakı şəhər Nizami rayonunun keçmiş icra başçısı Arif Qasımovun saxta yollarla hazırlatdığı sənədlərlə Keşlə qəsəbəsində atadan övladlarına miras qalan 52 sot torpaq sahəsi satılıb.

Bu haqda mirasçılardan biri – Cabbarov Teymur Fəxrəddin oğlu müraciətində deyib.

O, öz şikayətdə bildirir ki, 1994-cü ildə atası Cabbarov Fəxrəddin Ziyatxan oğlu tərəfindən qurulan “Dədə Qorqud-10” Kiçik Müəssisəsinin Bakı şəhər İH və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “Torpaq sahəsinin ayrılmasına dair” 9502 nömrəli İnşaat pasportunda qeyd edilən Nizami rayonu, Babək prospekti, 328 nömrəli məktəbin arxasında yerləşən 0,52 ha ərazisi olub. Atası 2016-cı ildə vəfat edəndən sonra sahibkarın ikinci həyat yoldaşı Cabbarova Kifayət Məmməd qızı, İcra başçısı Arif Qasımov və şirkətdə 33 faiz payı olan Ələsgərov Xəlil Məhərrəm oğlu əlbir olaraq həmin ərazini tam satıblar.

Hətta şikayətçinin sözlərinə görə bu proses atası 2016-ci ildə vəfat etməmişdən öncə xəstəxanada müalicə olunduğu vaxtdan başlayıb. Atasının vəfatından sonra isə torpaqların qalan hissəsi satılıb. Onun sözlərinə görə torpaqlar F. Cabbarovun birinci nikahdan olan 4 övladı, 2-ci nikahdan olan 1 övladı və ikinci həyat yoldaşı arasında bərabər hissələrlə bölünməli idi. Lakin qeyri-qanuni yollarla birinci nikahdan olan 4 övladın vərəsəlik hüququ qeyri-qanuni yolla pozulub və ərazi satılıb.

Teymur Cabbarov deyir ki, 4 ildir məsələ ilə bağlı bütün aidiyyatlı qurumlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müayinə baxışı keçirilib və bəlli olub ki, həmin torpaq sahəsinin üzərində təxminən 27 ədəd bir və ikimərtəbəli fərdi yaşayış evləri inşa edilib.

Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə dəvət olunan şikayətçiyə qanunvericiliyin tələbləri izah edilib və Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunub.

“2017-ci ildən Respublika Prokurorluğu ilə yanaşı şəhər və Nizami rayon prokurorluğuna müraciətlər edirəm. Müraciətlərimdən sonra 2019-cu ildə prokurorluq cinayət işinə başlayıb. Şəhər prokukorluğu bu cinayət işini 4 ildir aparıb hüquqi qiymət vermir, stolüstü kitab kimi, ancaq stolun üstündə saxlayır. 4 ildir bu idarədən o idarəyə göndərməklə, aparıb şəhər prokurorluğunda cinayət işini saxlamaqla məşğuldur. Respublika Prokurorluğuna, Korrupsiya İdarəsinə dəfələrlə müraciət etsəm də, bizim müəssisənin torpaqlarının qeyri-qanuni zəbt olunması haqda real addım atılmır. Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər İH-də olan bəzi məmurlar dələduzlarla əlbir olub, satıb talayıblar. Bu faktları – korrupsiya və dələduzluq faktını ört-bastır edirlər.

Ortada konkter faktlar olsa da, dələduzların əməllərinə, Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin və digər məmurların əməllərinə göz yumulur. Onların əməllərinə hüquqi qiymət verilmir. 4 ildir ki, idarələrdə dolaşıram, hələ də nəticə yoxdur. Bu insanları məsuliyyətdən yayındırırlar”.

Şikayətçi deyir ki, cinayət işi açılsa da, işin aparılmaması ortaya suallar çıxarır. O, özünün və qardaş-bacılarının varislik hüququnun bərpa olunmasını tələb edir.

Mənbə:Yenisabah.az

Bənzər yazılar

Back to top button