Dünya

Rusiya qoşunları Ukraynada kimyəvi silah tətbiq edə bilər

Bazar ertəsi Pentaqon bildirib ki, Rusiya qoşunlarının Mariupolda kimyəvi silah yerləşdirməsilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri “diqqətlə izləyir”, Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

“Rusiya qoşunlarının Mariupolda potensial kimyəvi silah yerləşdirməsilə bağlı xəbərlər haqda bilirik”, – Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə deyib.

“Hələlik biz bunu təsdiqləyə bilmərik və vəziyyəti diqqətlə izləməyə davam edəcəyik”, – o əlavə edib.

Kimyəvi silahın tətbiqilə bağlı Moskvanın uzun tarixi var və Ağ Ev xəbərdarlıq edib ki, Rusiya qoşunları “Ukraynada kimyəvi və ya bioloji silahlardan istifadə etməyə” hazırlaşa bilər.

Səhər tezdən Pentaqonun yüksək vəzifəli məmuru Rusiyanın Donbas ərazisində və Ukraynanın şərqində əlavə hissə və silah cəmləşdirdiyini jurnalistlərə təsdiqləyib.

Pentaqonun məlumatına görə, hazırda Rusiya texnikasının kolonları İzyuma doğru gedir və şəhərin şimalında yerləşir.

Müdafiə Nazirliyi hələlik bunu yeni hücumun başlanğıcı kimi qiymətləndirmir, çünki Donbas ərazisində döyüşlər səkkiz ildir ki, gedir, məmur deyib. Bu fonda ABŞ Ukraynaya lazımi yardımı davam etdirir.

“Rusların şərqdə prioritetlərinin dəyişməsi ABŞ və digər ölkələrdən təhlükəsizlik sahəsində böyük həcmdə yardımın çatdırılmasını koordinasiya etmək qabiliyyətimizə təsir etməyib”, -Kirbi deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button